XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 11:59

“Milli birliyimizi pozmaq isəyirlər…” – ADP-də toplantı

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verrir ki, toplantı iştirakçıları çanaqqala zəıfərinin 100 illiyi ilə bağlı Türkiyədə keçirilən anım mərasiminə və İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr edilən tədbirlərə münasibət bildirib.

Partiya rəsmiləri çanaqqala zəfərinin 100 illiyinin yüksək səviyyədə anılması faktını Türkiyə ordusunun işğalçı dövlətlər üzərində tarixi qələbəsi kimi dəyərləndirməklə bərabər bu mərasimin məğlub dövlətlərin vətəndaşları da daxil omaqla 250 mindən artıq insanın şəhid olduğu və çanaqqalanın bir qardaşlıq məzarına çevrilməsi faktı kimi qiymətləndirib və bu tədbirin əsas qayəsinin dünyaya barış mesajı olduğunu diqqətə çatdırıb.

Qondarma “erməni soyqırımı”nın 100 illiyi adı altında İrəvanda keçirilən tədbirə və bu tədbirdə iştirak edən dövlətlərin iştirakına diqqət çəkən partiya yetkililəri üzərindən 100 il keçməsinə baxmayaraq yenidən bu cür mərasimlərdə antitürk, antimüsəlman övqatının yaşandığını, erməni himayədarları olan dövlətlərin Türkiyəyə və bütövlükdə türk dünyasına qarşı nifrətinin ortaya qoyulduğunu qeyd edib və siyasi mahiyyət daşıyan bu cür tədbirlərin sülhdən, barışdan uzaq olduğunu bildirib. Bu gün Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edən Fransanın, Rusiyanın, Almaniyanın, Serbiyanın vaxtı ilə ərazilərində yaşayan və müstəmləkələrinə daxil olan xalqlara qarşı törətdiyi soyqırım aktlarına – Fransanın əlcəzairlilərə, başqa məhzəbdən olan quttenatlara, Rusiyanın çeçenlərə, inquşlara və digər Qafqaz xalqlarına, Almaniyanın yəhudilərə, serblərin müsəlman bosnaqlara, XX əsrin dəhşətli Xocalı soyqırımının müəllifi kimi tanınan ermənilərin azərbaycanlılara qarşı törətdiyi insanlıq cinayətinin heç də uzaq tarix olmadığını diqqətə çəkən partiya rəsmiləri məhz həmin dövlətlərin yenidən erməni himayədarı kimi çıxış etməsini onların xristian təəssübkeşliyindən döğduğunu qeyd edib və dünya xalqlarını əsl soyqırım törədicilərini dərindən tanımağa səsləyib.

İdarə Heyəti Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin “Şərq tərəfdaşlığı”nın may ayında Riqa sammitində iştirak edəcək ölkələrə hədələyici bəyanat ünvanlaması faktını qətiyyətlə pisləyib və imperiya ambisiyasından irəli gələn bu cür hədələyici bəyanatları müstəqil ölkələrin suverenliyinə qarşı yönələn, beynəlxalq hüquq normalarını pozan bir hərəkət kimi dəyərləndirib. Eyni zamanda Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qətnamənin qardaş Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş siyasi akt olduğuna diqqət çəkən patiya rəsmiləri hakimiyyəti Riqa sammitində aşağı səviyyədə təmsil olunmağa və hazırkı şərtlər daxilində Avropa ilə yaxınlaşmanın perspektivi haqda düşünməyə çağırıb.

İdarə Heyəti millətimizin yaddaşında işğal günü kimi həkk olunan 28 aprel tarixinə və 70 ildən artıq davam edən bu qanlı tarixin Azərbaycan xalqının taleyində necə dərin və sağalmaz yaralar buraxdığına diqqət çəkib və repressiyalarla, deportasiyalarla, maddi və mənəvi sərvətlərimizi qarətlə, talanla müşahidə olunan bu dövrü bölşevik Rusiyası tərəfindən Azərbaycana qarşı yürüdülən, genosidlə nəticələnən iqtisadi siyasət kimi xarakterizə edib və xalqımızı müstəmləkəçi rus siyasətinin gətirdiyi bəlalardan ciddi nəticə çıxarmağa çağırıb.

İdarə Heyəti qondarma “Talış-Muğan Respublikasının” rəhbəri kimi özünü təqdim edən, parçalayıcı, bölücü əməllərinə görə Azərbaycan vətəndaşlığından məhrum edilərək xarici ölkələrə sığınan Ə.Hümbətovun ermənilərlə talışların yaxınlığı, ermənilərin türklər tərəfindən genosidə məruz qalması barədə verdiyi sərsəm bəyanatı qətiyyətlə pisləyib. Partiya yetkililəri etnik qarşıdurmaya, Azərbaycanın milli birliyinə əleyhinə yönəlmiş bu cür bəyanatların arxasında Azərbaycanın birliyini pozmaq niyyəti güdən xarici qüvvələrin durduğunu bildirib. Eyni zamanda ermənilər tərəfindən törədilən genosid aktının təkcə türklərə qarşı deyil, Azərbaycan ərazisində yaşayan bütün xalqlara və bütövlükdə türk və müsəlmanlara qarşı törədildiyini bəyanat müəllifinə xatırladan partiya yetkililəri, bu cür sərsəm bəyanatları Azərbaycan xalqına qarşı xəyanətlə yanaşı, xalqımızın ayrılmaz tərkib hissəsi olan, bütün acı və şirinləri birgə bölüşdüyümüz, Qarabağ döyüşlərində ən böyük itkilər verən talış qardaşlarımıza, və şəhid olan talışların ruhuna qarşı hörmətsizlik kimi dəyərləndirib.

Strateq.az