XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

19 Noyabr 2018 - 17:43

İran prezidenti:"Neft ixracımız davam edəcək"

İran Birləşmiş Ştatların iflasa məhkum psixoloji müharibəsinin bir hissəsi olan sanksiyalarına baxmayaraq, neft ixracını davam etdirəcək. İran Prezidenti Həsən Ruhani bu gün – noyabrın 19-da belə deyib.

OPEC-in üçüncü böyük neft hasilatçısına sanksiyaları bərpa etməklə Vaşinqton Tehranı ballistik raket proqramlarından əl çəkməyə, nüvə fəaliyyətini, Suriya, Livan və Yəməndə silahlılara dəstəyi azaltmağa məcbur etmək istəyir.

“Bu təzyiqə boyun əyməyəcəyik, bu, İrana qarşı başladılmış psixoloji müharibənin bir hissəsidir”, – Ruhani Xoy şəhərində çıxışında deyib. Çıxış dövlət televiziyası ilə yayımlanıb. “Neft ixracımızı dayandıra bilmədilər. İxracı davam etdirəcəyik… Regional siyasətiniz iflas edib və İranı Əfqanıstandan tutmuş Yəmənə, Suriyaya qədər uğursuzluğa görə ittiham edirsiz”, – prezident deyib. Bu zaman “Amerikaya ölüm!” şüarları səslənib.

Ruhani qeyd edib ki, Vaşinqtonun sanksiyalara gərəkən beynəlxalq dəstəyi yoxdur və İran neftinin səkkiz böyük alıcısına müvəqqəti möhlət verib. “Amerika indi təcrid olunub. İranı bir çox ölkələr dəstəkləyir. Sionist rejimi (İsrail) və regionda bəzi ölkələri çıxmaqla, Amerikanın İrana dəstəyini heç bir ölkə dəstəkləmir”, – o vurğulayıb.

2015-ci ildə İranla neft sazişini imzalamış Avropa Birliyi, Fransa, Almaniya, Britaniya, Rusiya və Çin ABŞ sanksiyalarından yayınmağın yollarını axtarırlar. Vaşinqton mayda İranla sazişdən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Avropa Birliyi İranla ticarətin dollarla aparılmaması üçün Xüsusi Hüquqi Şəxs (SPV) təsis etməyə çalışır.

Ancaq artıq bir sıra xarici şirkətlər ABŞ cərimələrindən ehtiyatlanaraq İranı tərk edib. İran sazişin iqtisadi faydaları saxlanmazsa, ondan çıxmaqla hədələyib. Xarici İşlər Nazirliyinin sözçüsü Bəhrəm Qasımi mətbuat konfransında deyib ki, avropalıların sazişi xilas edə biləcəyinə ümidvardır.

SPV İranın neft-qaz ixracı əvəzində AB-dən məhsul alışını nəzərdə tutur. AB SVP-ni bu ay təsis etmək istəyirdi, amma hələlik, ona ev sahibliyi edəcək ölkə tapılmayıb. “AB-nin SPV-ni tezliklə işə salacağını gözləyirik. Sənədi imzalamış digər ölkələr ona əməl etdikcə İran da öhdəliklərini yerinə yetirəcək”, – Qasımi deyib.

(Azadlıq radiosu)