XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 16:06

“Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırıq” –Belaruslu ekspert

“Belarus başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasında olan etimad səviyyəsi çox yüksəkdir”.

Bunu Belarusdan olan iqtisadçı Lev Marqolin deyib.

Ekspertin sözlərinə görə, Lukaşenkonun Azərbaycana böyük simpatiyası var və bu ölkə üçün ata bilməyəcəyi addım yoxdur: “Belarus Azərbaycan üçün bütün sirləri açır. Azərbaycan Belarus üçün o qədər maraqlı bir ölkədir ki, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırdır”.

L.Marqolin qeyd edib ki, Azərbaycan və Belarus arasında iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edib: “Bu əlaqələr və qarşılıqlı maraqlar olduqca güclüdür. Buna görə də, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırıq”.

Teleqraf.com