XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 16:54

Putin generalları topladı, ABŞ-ı təhdid etdi:"Bu addım cavabsız qalmayacaq”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın əsas nüvə silahları müqaviləsindən çıxması təhlükəsi məsələsini müzakirə etmək üçün ölkəsinin yüksək rütbəli hərbi komandanları ilə görüşüb.

Vaşinqton Moskvanı 1987-ci il Ortaməznzilli Raketlərə dair Müqavilənin şərtlərini pozmaqda ittiham edib.

Putin noyabrın 19-da Moskvada, Müdafiə Nazirliyində keçirilən görüşdə deyib ki, “ABŞ-ın bu müqavilədən çıxması bizim tərəfimizdən cavabsız qalmayacaq”.

O əlavə edib ki, Moskva bu məsələni Vaşinqtonla müzakirə etməyə hazırdır.

ABŞ prezidenti Donald Tramp ötən ay bəyan edib ki, ölkəsini ingiliscə qısaldılmış adı INF olan 1987-ci il sazişindən çıxarmaq niyyətindədir. O Rusiyanın yeni bir raket tikməklə bu müqaviləni pozduğuna dair iddiaları əsas gətirib.

1987-ci il müqaviləsi iki ölkəyə 500 kilometrdən 5000 kilometrədək uçan raketlərin istehsalını, saxlanması və yerləşdirilməsini qadağan edir.

Rusiya bu iddiaları rədd edib və bildirib ki, əksinə ABŞ-ın Avropada yerləşdirdiyi raket sistemlərinin bəzi komponentləri sözü gedən sazişin müddəalarına ziddir.

2002-ci ildə ABŞ nüvə silahlarına dair başqa bir sazişdən – Antiballistik Raket Müqaviləsindən (ABM) çıxıb.

Putin noyabrın 19-da deyib ki, Moskva ABŞ-ın bu hərəkətinə istənilən raket sipərini yara biləcək yeni silahların istehsalı ilə cavab verib. Rusiya lideri bundan əvvəl xəbərdarlıq etmişdi ki, ABŞ-ın INF müqaviləsindən çıxmaq niyyəti yeni “silahlanma yarışına” səbəb ola bilər.

(Azadlıq radiosu)