XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Noyabr 2018 - 17:39

Həbsdəki jurnalistin cəzası azaldıldı –Vəkil Avropa Məhkəməsinə şikayət edəcəklərini açıqladı

Noyabrın 20-də Ali Məhkəmədə bir sıra media orqanları ilə əməkdaşlıq edən və iki il əvvəl həbs olunan Elçin İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti qismən təmin edib. Onun cəzası 2 il azaldılaraq 7 ilə endirilib.

Ali Məhkəmədən jurnalistə bəraət verilməsi istənilib.

Vəkil Elçin Sadıqov E.İsmayılın qərardan narazı olduğunu, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Elçin İsmayıl 2017-ci il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslər haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur. O, ittiham üzrə özünü təqsirli bilmir. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

2017-ci il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi hakim Rəşid Hüseynovun sədrliyi ilə E.İsmayılın 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. (Amerikanınsəsi.org)