XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2018 - 17:57

Saakaşvili, sabiq nazirlər, mer… –Gürcüstan Baş prokurorluğu 159 şəxsə cinayət işi açdı

Gürcüstanın Baş prokurorluğunda Mixeil Saakaşvili dövründə hakimiyyətdə yüksək vəzifə tutmuş 159 nəfərə qarşı cinayət işi açılıb.

Baş prokurorluğun yaydığı məlumata görə, M.Saakaşvilinin hakimiyyətdə olduğu vaxtlarda müxtəlif cinayətlər törətmiş və cinayətlərdə iştirak etmiş yüksəkvəzifəli 159 nəfər barəsində cinayət işi başlayıb.

Onların sırasında sabiq prezident Mixeil Saakaşvili, sabiq daxili işlər naziri Vano Merabişvili, sabiq ədliyyə naziri Zurab Adeişvili, Tbilisinin keçmiş meri Qiqi Uqulava, sabiq müdafiə naziri Baço Axalaya və başqaları var.

M.Saakaşviliyə qarşı 4, Baçane Axalayaya qarşı 4, Vano Merabişviliyə qarşı 5 cinayət işi açılıb.

Siyasi ekspertlərin sözlərinə görə, hakimiyyətin bu faktları bəyan etməsi siyasi motivlərlə əlaqəlidir. Hakimiyyət prezident seçkilərinin ikinci turu öncəsi bu faktları açmaqla seçiciləri müxalifətin namizədinə səs verməkdən çəkindirməyə çalışır/Azərtac.