XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 21:32

“İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər…” –Paşinyandan yeni bəyanat

“Cəbhə xəttində hökm sürən sakitlik Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə əldə edilən razılaşmanın nəticəsidir. Bu, ölkələr arasında operativ əlaqənin nəticəsi deyil”.

Bunu Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “operativ rabitə” anlayışı düzgün interpretasiya edilməyib: “İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər. Bu, belə deyil. Sadəcə olaraq, operativ əlaqə mövcuddur və zərurət yarandıqda tərəflər ondan yararlanırlar”.

Paşinyan Azərbaycan və Ermənistan arasında gedən danışıqlar barədə indiyə qədər məhdud sayda insanların məlumatlandırıldığını bildirib: “Bu strategiyaya yenidən baxılmalıdır, cəmiyyət danışıqlar prosesi barədə məlumatlandırılmalıdır”.

Teleqraf.com