XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 21:45

Avropa Məhkəməsindən HDP-nin sabiq sədri haqda tələb: “Dərhal azad edin” –Rəsmi Ankaradan qərara reaksiya

Avropa İnsan Haqları Məhkəməsi HDP-nin sabiq həmsədri Səlahəddin Dəmirtaşın dərhal azadlığa buraxılması haqda qərar qəbul edib.

Strateq.az xəbər verir ki, qərara əsasən, 2016-cı ilin sentyabrında tutulan Dəmirtaş haqqında cinayət işinə xitam verilməli və o, sərbəst buraxılmalıdır.

Qərara Türkiyənin Ədliyyə naziri Əbdulhəmid Gül reaksya verib.

O bildirib ki, Dəmirtaşla bağlı məhkəmə istintaqı davam edir: “Məhkəmə prosesində Avropa İnsan Haqları Məhkəməsinin qərarı diqqətə alınacaq. Hərçənd, Dəmirtaşın azadlığa buraxılması Türk məhkəməsindən aslıdır. Hər kəs Türkiyə məhkəməsinə hörmət göstərəcək, çünki qərarı Türkiyə məhkəməsi verir”.