XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 10:17

Türk general Ankaradakı terrorda yaralandı- Baş Qərargah məlumat yaydı

Dünən Ankarada baş verən terrorda yaralanan 61 nəfər arasında Hərbi Hava Qüvvələrinin generalı da var.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Reha Ufuk Ər partlayış zamanı xanımı ilə birlikdə hadisə yerinin yaxınlığında olub.  

Silahlı Qüvvələrin Baş Qərargahının məlumatına görə, yaralı general dərhal Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Hazırda onun və xanımının vəziyyətinin stabil olduğu bildirilir.