Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Ankarada baş verən terrorda yaralanan 61 nəfərlə bağlı məlumat yayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qərargahdan yaralılardan 30-nun ilkin tibbi müdaxilədən sonra evə buraxıldığı bildirilib.
Hazırda 31 yaralıdan 8-i Gülhanə Hərbi Tibb Akademiyasında, 23-ü mülki xəstəxanalarda saxlanılır. Məlumtata görə, onların həyatına təhlükə yoxdur.