Türkiyə Baş naziri Əhməd Davudoğludan dünən Ankarada baş verən qanlı terrorla bağlı ilk geniş açıqlama gəlib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir qanlı olayı yazılı açıqlama dəyərləndirib:
«Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəf alan bu mənfur hücumun sifarişçiləri niyyətlərinə çatmayacaqlar. Terrora qarşı apardığımız haqlı mübarizədə əsla geri addım atmayacağıq. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və millətimizə səbir diləyirəm.
Əziz millətimizin və bütün insanlıq ailəsinin baş sağ olsun! Terror və zorakılıq qarşısında 78 milyon vətəndaşımızla bir və bərabərik. Türkiyə Cümhuriyyəti öz haqqını heç kimə çeynətməyəcək. Və haqlı davasından vaz keçməyəcək.
Əziz millətimiz hər zaman olduğu kimi bu hücumlar qarşısında da həmrəylik nümayiş etdirəcək və bu çətin günlərin öhdəsindən gələcək.
Türkiyə Cümhuriyyəti hüquq və ədalət cizgisindən sapmadan insani dəyərləri, millətin təhlükəsizliyini qorumağa davam edəcək. Millətimə səbir və mətanət diləyirəm!»