XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2018 - 11:22

Zakir Həsənov general Yaşar Gülerlə görüşdü –Nələr müzakirə olunub?

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.