XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 11:05

“Biz bu dəhşətli hadisədən çox hiddətlənirik” –Zakir Həsənov

 

zakir-hesenov

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaza və qardaş respublikanın Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Strateq.az xəbər verir ki, həmin məktublarda bildirilir:

"Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm".