XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 11:12

ABŞ-dan Ankara terroruna reaksiya:"Türkiyənin yanındayıq!"

Ankarada baş verən terrorla bağlı ABŞ-dan ilk reaksiya gəlib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti hadisə ilə bağlı yazılı açıqlama ilə çıxış edib.

Terror aktını qınadıqlarını bildirən qurum qurbanların ailələrinə üzüntüsünü çatdırıb və terrora qarşı mübarizədə Türkiyənin yanında olduğunu bəyan edib:

«Birləşmiş Ştatlar Ankarada Türk hərbiçilərinə və mülki vətəndaşlara yönəlik hücumu şiddətlə qınayır. Həyatını itirənlərin ailələrinə kədərimizi çatdırır və yaralıların ən qısa zamanda sağalmasını diləyirik. NATO üzvü olan Türkiyə ilə terror təhdidinə qarşı mübarizədə güclü əməkdaşlığımızı davam etdirəcəyik».