XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 10:06

Bakının yeni icra başçısı Vaqif Novruzovu cəzalandırıb –Səbəb

Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.