XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 14:28

“Abel Məhərrəmov kafedra müdiri kimi hər gün işə çıxır” –BDU-dan açıqlama

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Məlumata görə, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini “Üzvi kimya” kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən “Üzvi kimya” kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır.

Xəbəri unikal.org-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova təsdiqləyib. Bildirib ki, akademik Abel Məhərrəmov hazırda “Üzvi kimya” kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.