XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 16:18

“Bu müqavilənin ləğv edilməsi Rusiya və Belarus üçün ciddi problemlər yaradacaq” –Lavrov MDB ölkələrinə səsləndi

“Rəsmi Moskva ilə Minsk NATO ölkələri, eləcə də ABŞ-ın Orta və Qısa Mənzilli Raket Müqaviləsindən geri çəkilməsindən narahatdır”.

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyanın baş diplomatı ABŞ-ın məlum qərarının Avropada gərginlik yaradacağını bildirib.

Lavrova görə, sözügedən müqavilənin ləğv edilməsi, Rusiya və Belarus üçün ciddi problemlər yaradacaq:

“Buna görə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr də, bu addıma cavab verməlidir”.

Qeyd edək ki, ABŞ Prezidenti SSRİ ilə imzalanmış müqaviləni ləğv edəcəyini açıqlayıb.

Amerika başçısının addımı rəsmi Moskvanın etirazına səbəb olub/Teleqraf.com.