XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 10:09

Ukrayna Konstitusiyası dəyişdirilir –Poroşenko "Rusiyaya güclü mesaj verməliyik" deyir

“Kiyevin NATO və Avropa Birliyinə qoşulmaq niyyətini bəyan etmək məqsədilə ölkə konstitusiyanı dəyişmək Moskvaya güclü ismarıc göndərəcək – biz tamamilə və dəyişməz şəkildə ayrılırıq”. Bunu Ukrayna Prezidenti Petro Poroşenko deyir.

Noyabrın 22-də Ukrayna parlamentində çıxış edən Poroşenko bildirib ki, təcavüzkar ölkə olan Rusiya Ukraynanın bu iki Qərb təşkilatına üzv olmasına veto qoya bilməyəcək.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan başlanan münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Poroşenkonun çıxışından sonra deputatlar ölkə konstitusiyasına dəyişikliyi nəzərdə tutan qanun layihəsini yekdilliklə səsə qoyublar. Baş qanunda ölkənin AB və NATO-ya strateji üzvlüyü əks olunacaq.

NATO və Avropa Birliyinə doğru məcburi kursu konstitusiyaya salmaqla biz Moskvaya güclü mesaj göndərmiş oluruq: tamamilə və dəyişməz şəkildə ayrılırıq”, – Poroshenko deyib.

Prezidentin sözlərinə görə, bu, “öz yoluyla inamla addımlayan” Ukraynanın suveren hüququdur.

Bir neçə gün öncə Ukrayna Avromeydan etirazlarının beşinci ildönümünü qeyd edib. Elə Ukraynanın Qərbə doğru geosiyasi oriyentasiyası da o vaxtdan formalaşmağa başladı.

Poroşenko noyabrın 21-də Kiyevdəki Müstəqillik Meydanında anım tədbirinə qatıldı. 2013-14-cü illərin etirazları zamanı bu meydanda öldürülənlər oldu. Moskvapərəst prezident Viktor Yanukoviç Rusiyaya qaçdı və bundan sonra Rusiya Krımı ilhaq etdi, Donetsk və Luqansk regionlarında separatçıları dəstəkləməyə başladı.

Noyabrın 21-I Ukraynada Çiçəklənmə və Azadlıq Günü kimi qeyd olunur. 2004-cü ilin Narıncı İnqilabı da həmin dönəmdə başlamışdı.

2005-2011-ci illərdə həmin gün Azadlıq Günü kimi qeyd olunurdu, Yanukovych prezident seçilincə onu ləğv elədi. Poroşenko isə 2014-cü ildə prezident postuna gələndən sonra həmin gün bayram kimi bərpa olundu.

(Azadlıq radiosu)