XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 13:13

Davudoğlu Ankara terrorunu kimin sifariş etdiyini açıqladı- 9 nəfər həbs olundu

Türkiyə Baş naziri Əhməd Davudoğlu Silahlı Qüvvələrin Baş Qərargahında Ankara terroru ilə bağlı yeni açıqlamalar verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu Türkiyəni yasa boğan terror hücumunu PKK-nın bir qolu olan YPG-nin təşkil etdiyini və artıq 9 nəfərin saxlanıldığını bildirib.

Baş nazirin sözlərinə görə, hücumu təşkil edən Suriya əsilli Salih Neccardır:

«Terroru Türkiyə daxilindəki bölücü terror təşkilatının üzvlərinin və bir YPG üzvünün birgə həyata keçirdiyi müəyyənləşib. Bu adam PKK və YPG üzvüdür. 1992-ci ildə Suriyanın Amude bölgəsində anadan olub. Bu qanlı olay göstərdi ki, YPG terror təşkilatının bir parçasıdır. Artıq bütün dünya bunu qəbul etməlidir».

 

Qeyd edək ki, YPG Suriyanın şimalında fəaliyyət göstərən PYD-nin silahlı qoludur. Ankara PYD-ni terror təşkilatı və PKK-nın Suriya qolu hesab edir.