XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 15:49

“The Washington Post”:"Tramp Amerika dəyərlərinə xəyanət edir, Xaşuqcini şərləyir"

Bu həftə ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının bir müddətdir səsləndirdiyi mövqeyi təsdiqlədi: Vaşinqton Səudiyyənin vəliəhd şahzadəsi Məhmməd bin Salmanın yanında duracaq, hətta jurnalist Camal Xaşuqcinin qəddarcasına qətlini, bədəninin parçalanmasını o sifariş edibsə belə.

“The Washington Post” qəzeti yazır ki, bununla Tramp Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) gəldiyi qənaəti kənara atmış oldu. MKİ jurnalistin qətlinin arxasında məhz vəliəhd şahzadənin durduğunu bildirir. Prezident həm də ərəb dünyasının ən tanınmış jurnalistlərindən olan Xaşuqcini şərlədi; ABŞ-ın Səudiyyə ilə müttəfiqliyinin faydasını şişirtdi: “Cənab Tramp onsuz da uğursuz uduş sayılan 33 yaşlı şahzadəyə xidmət göstərməklə Amerika dəyərlərinə xəyanət edib”, – yazan qəzet jurnalistin ölümüylə bağlı MKİ-nin əlində səsyazısının olduğunu, jurnalisti qətlə yetirən dəstə başçısının Məhəmməd bin Salmanın köməkçilərinə zəng etdiyini yada salır:

Bütün bu faktlara rəğmən, cənab Tramp rejimə dəstəyini saxta iddialarla əsaslandırır… deyir ki, Səudiyyə Birləşmiş Ştatlara 450 milyard dollar sərmayə qoyacaq”. Üstəlik, prezident jurnalistə böhtan da atıb, deyib ki, “Səudiyyə Ərəbistanı təmsilçiləri onu dövlətin düşməni, Müsəlman Qardaşlığının üzvü sayıblar”.

Tramp bəyanatının sonunda Konqresə başqa tərəfə yönlənməyi məsləhət görüb. Ancaq qəzet yazır ki, hər iki partiyanın hazırladığı, jurnalistin ölümündə əli olanlara sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi Senatın xarici əlaqələr komitəsindədir. Komitə sədri Bob Korker ötən həftə deyib ki, Konqres əvvəlcə administrasiyanın nə edəcəyini görmək istəyir. “İndi o, artıq bunu bilir. Məhamməd bin Salman məsuliyyətə cəlb olunmalıdırsa, – cənab Korker bunu labüd sayır, – komitə hərəkətə keçməlidir. Bunun alternativi olan dünyada isə diktatorlar tənqidçilərini öldürə biləcəklərini, buna görə cəzasız qalacaqlarını bilirlər”, – məqalədə deyilir.

(Azadlıq radiosu)