Türkiyədə növbəti qanlı terror aktı baş verib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər Türkiyə vaxtı ilə saat 9.40-da Diyarbakır-Bingöl yolunda hərbi "konvoy"un keçişi zamanı dəhşətli partlayış baş verib. Partlayış zamanı Türk ordusunun 7 əsgəri şəhid olub.
Qanlı olay PKK terrorçuları tərəfindən yola döşənən minaların partlaması ilə baş verib.