XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2018 - 10:22

Britaniyalı generaldan sensasiyalı bəyanat:"Rusiya İŞİD və "Əl-Qaidə"dən daha təhlükəlidir"

Britaniya silahlı qüvvələrinin baş qərargah rəisi Mark Karlton Smit hesab edir ki, Rusiya, Britaniya və onun müttəfiqlərinə İŞİD və “Əl-Qaidə” təşkilatından daha çox təhlükədir.

O, “The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, ordusunun potensialına görə Rusiya tərəfdən təhlükə həmişə qalmaqdadır. Generalın sözlərinə görə, Moskva kiberməkan, kosmos və suyun altı da daxil olmaqla yeni mübarizə vasitələri hazırlamaqla Qərbdə sabitliyi pozmağa çalışır.

General həmçinin NATO-nu gücləndirməyə çağırıb və vahid Avropa ordusu yaratmaq ideyasını rədd edib.

Qeyd edək ki, Böyük Britaniya Suriya və İraqda İŞİD qrupuna qarşı mübarizə aparan beynəlxalq koalisiyaya daxildir. Mark Karlton Smit qeyd edib ki, radikal islamçı qruplar məğlub edildiyindən və bütün əraziləri itirdiklərindən son vaxtlar bu cür qruplar tərəfinfən təhlükə xeyli azalıb.