Fransa prezidenti Emmanuel Makron “sarı-jiletlilər”in aksiyalarını “biabırçılıq” adlandırıb.
Strateq.az xəbər verir ki, Makron bu barədə Tvitter səhifəsində yazıb: “Asayiş keşikçilərinə hücum etmək biabırçılıqdır. Digər vətəndaşlara və jurnalistlərə xəsarət yetirmək biabırçılıqdır. Seçilmiş məmurları hədələmək biabırçılıqdır. Belələrinə respublikada yer yoxdur”.
Qeyd edək ki, Fransada yanacağın qiymətinin qalxması əleyhinə 100 mindən çox insan etiraz aksiyası keçirir.