XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 19:28

AVROPA BİRLİYİNDƏN MÜHÜM ADDIM –İttifaqın brgə Kəşfiyyat Məktəbi yaradılır

Avropa Birliyi (AB) Daimi Strukturlaşmış Əməkdaşlıq (Permanent Structured Cooperation – PESCO) layihəsi çərçivəsində ittifaqın birgə Kəşfiyyat Məktəbinin yaradılmasını planlaşdırır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, AB-yə üzv olan 25 dövlətin Müdafiə nazirləri PESCO çərçivəsində belə bir Məktəbin yaradılması da daxil ilmaqla,17 yeni layihəni təsdiqləyiblər.

Bildirilir ki, bu, AB-nin kəşfiyyat birliyi üçün böyük addım olacaq. Layihəni yalnız Böyük Britaniya, Danimarka və Malta dəstəkləməyib.

AB daxilində kəşfiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin qarşısını indiyədək məhz britaniyalılar alırdılar. Onlar buna ABŞ, Avstraliya, Kanada, Yeni Zellandiya və Böyük Britaniyanın daxil olduğu Five Eyes kəşfiyyat ittifaqı ilə arzuolunmaz rəqabət kimi baxırdılar.

AB-nin Kəşfiyyat Məktəbinin yaradılması layihəsində Yunanıstana aparıcı rol ayrılıb. Bu Məktəb NATO və blokun kəşfiyyat və təhlükəsizlik xidmətlərilə əməkdaşlıq edərək, bütün Avropa üzrə xüsusi xidmət əməkdaşlarını hazırlayacaq.

Bununla belə, bəzi ekspertlər Yunanıstanın Kiprlə əməkdaşlıq edərək, bu Məktəbə rəhbərlik edəcəyinə təəccübləniblər. ÇünkAB-nin məhz bu iki ölkəsi həm də Moskva ilə yaxın əlaqələrə malikdirlər.