XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 09:51

Ukraynada hərbi vəziyyət elan olunur –Əsir götürülən 23 ukraynalı dənizçidən xəbər yoxdur, aksiyaya hazırlıq gedir

Noyabrın 26-da Ukrayna parlamenti fövqəladə iclasında ölkədə hərbi vəziyyət elan olunmasına dair hərbi şuranın tövsiyəsini nəzərdən keçirəcək. Ötən gün Rusiya qüvvələri Krım yarımadasına yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açıb.

Hərbi şuranın 25 noyabr iclasında Prezident Petro Poroşenko hərbi vəziyyətin tətbiqini dəstəklədiyini bildirib. Ancaq bu heç də Ukraynanın hücum əməliyyatları aparacağı anlamına gəlmir.

Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroşenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb. Kiyevin nə saxlanmış gəmilər, nə də dənizçilərlə əlaqə yarada bildiyi vurğulanıb.

Dünənki insidentdən öncə Rusiya Ukraynanın 3 gəmisinin Qara Dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi.

İki ölkə arasında hərbi qarşıdurma yaranacağından ehtiyatlanan BMT-nin Təhlükəsizlik Şurası noyabrın 26-da fövqəladə iclas keçirəcəyini bildirib. Bunu Birləşmiş Ştatlarıln BMT-dəki səfiri Nikki Haley tvitində yazıb.

“Frans Pres” agentliyi diplomatik mənbələrə istinadla yazır ki, iclasın keçirilməsini Ukrayna və Rusiya xahiş edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Ukrayna hakimiyyətini Kerç boğazında “qanqster taktikası”na əl atmaqda suçlayıb – ilk öncə provokasiya, daha sonra təzyiq və sonucda təcavüz ittihamları səsləndirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, Ukrayna donanmasının gəmiləri qanunsuz olaraq Rusiyanın ərazi sularına girməyə cəhd edib deyə, onları dayandırmaq üçün atəş açılıb.

(Azadlıq radiosu)