PKK terror təşkilatının Suriya qolu olan PYD-nin lideri Saleh Müslim Ankarada baş vermiş terror hadisəsini YPG-nin təşkil etmədiyini iddia edib.
AFP-yə danışan Müslim PYD-nin silahlı qanadı YPG-nin Ankara teraktı ilə əlaqəsi olmadığını bildirərək bu hadisə ilə əlaqələri olmadığını qətiyyətlə qeyd edib.
"Reuters" agentliyi də Saleh Müslimin bu sözlərinə diqqət çəkib:
"YPG Türkiyə dövlətini düşmən kimi görmür".
Türkiyə Baş naziri Əhməd Davudoğlu isə 28 nəfərin həyatını itirdiyi teraktla bağlı bu gün verdiyi bəyanatda hadisəni YPG-nin etdiyini vurğulayıb:
"Bu təcavüzü Türkiyə daxilindəki separatçı terror təşkilatı üzvləri ilə YPG-yə yaxın bir şəxs birlikdə həyata keçiriblər. Bu şəxs PKK və YPG-yə mənsub bir şəxsdir. Hadisənin YPG ilə əlaqəsi ortadadır. Terror hadisəsnin törəsən həmin şəxs 1992-ci il təvəllüdlü Amudədə dünyaya gəlmiş Saleh Neccardır".
Qeyd edək ki, rəsmi məlumatlara görə, terror hadisəsinə görə cinayət işi açılıb və hazırda teraktla bağlı 9 nəfər saxlanılıb.