XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 14:07

Türkiyədə hərbi helikopter yaşayış məhəlləsinə düşdü –4 əsgər şəhid oldu, biri ağır yaralandı + FOTO

 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Strateq.az  NTV kanalına istinadən bildirir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.

Belə ki, havalanan helikopter binanın damına toxunaraq, küçəyə çırpılıb.

Qəza nəticəsində 4 hərbçi şəhid olub,  biri ağır yaralanıb. Hazırda yaralı əsgərin xəstəxanada əməliyyat olunduğu bildirilib.

Baş vermiş hadisə ilə bağlı Ərdoğan açıqlama verib. O, şəhid olan 4 əsgərə Allahdan rəhmət, yaralıya isə şəfa diləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.