XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 15:14

“Barbarca törədilən bir cinayətin açıqlaması ola bilməz” –Moskvadan Ankaradakı terrorla bağlı ilk açıqlama

 

moskva-kreml

"Moskva Ankarada baş verən terroru qınayır. Hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir".

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Rusiyanın Xarici İşlər Nazirliyi də baş verən hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada 17 fevralda meydana gələn hadisə pislənib, türk xalqına dərin hüznlə başsağlığı verilib:

"Barbarca törədilən bir cinayətin açıqlaması ola bilməz. Hadisəni törədənlər bunun cavabını verməlidirlər. Yaşanan hadisə bir daha bütün dövlətlərin terrorla mübarizədə birləşməsi gərəkdiyini göstərir".

Xatırladaq ki, fevralın 17-si axşam saatlarında Ankarada qanlı terror aktı törədilib. Baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.