XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2016 - 16:15

Hökumət qərar verdi:Mart ayında 9 gün iş olmayacaq

Mart ayında 9 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür. Bundan başqa, 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.