XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 09:52

Paşinyan Bakıda qəzəblə qarşılanan ritorikasını təkrarladı:"Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir"

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Painyanın “Mənim addımım” bloku özünün seçki təbliğatı kampaniyasına başlayıb.

Paşinyan seçki kampaniya-yürüşünə Talin şəhərində start verib. Onun tərəfdarları buradan Maralik və Artik, oradan isə Gümrü şəhərinin Vardanants meydanına yollanıblar. Paşinyanın“məxməri inqilab” və hakimiyyət dəyişikliyi ilə başa çatmış yürüşü martın 31-də məhz burada başlanmışdı. Paşinyan öz çıxışında yeni iş yerlərinin yaradılması vəzifəsindən danışıb. O deyib ki, bu andan etibarən inqilabın ikinci mərhələsi olan iqtisadi inqilab başlanır.

Baş nazir əvəzi deyib ki, Gümrüdə çox yaxın zamanlarda toxuculuq sənayesinin yeni müəssisləri işə başlayacaq və burada investisiya proqramları həyata keçiriləcək.

Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə etdiyi çıxışda Paşinyan deyib: “Gümrü sakinləri heç kimin mərhəmətinə möhtac olmayıblar və heç vaxt da olmayacaqlar. Gümrü sakinləri işləyəcəklər və şəhər çiçəklənəcək. Biz indicə Artikdə olmuşuq. Orada da azı bir neçə investisiya proqramı həyata keçirilir, 800 iş yeri olan tikiş fabriki işə başlayacaq. Gümrüdə isə lift istehsalına başlanması, yeni topxuculuq sexinin açılmasına dair planlar var”.

“Bir millimetr də olsun fərq yoxdur”

Paşinyan özünün seçki kampaniyası ərizndə Qarabağ münaqişəsi məsələsinə də toxunub və deyib ki, hazırda ən mühüm olanı danışıqlar prosesində Qarabağın statusunun müəyyən edilməsidir:

“Biz Qarabağın danışıq prosesinin tamhüquqlu tərəfi kimi danışıqlar masasının arxasına qaytarılmasında ardıcıl olacağıq. Qarabağın statusu dəqiqləşdirilmədən Qarabağ məsələsinin tənzimlənməsi ola bilməz. Biz deyirik ki, Qarabağ məsələsində bizim xalqımızla hökumətimizin istək və niyyətləri arasında bir millimetr də olsun fərq yoxdur”.

Nikol Paşinyan Dağlıq Qarabağın seçkidə tamhüquqlu tərəf kimi iştirakı məsələsini hələ iyun ayında qaldırmışdı. O iyunun 7-də parlamentdə etdiyi çıxışda demişdi ki, “keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan ya Qarabağa rəhbərlik ediblər, ya da onun özünümüdafiəsinin təşkilində iştirak ediblər, ancaq indiki baş nazirin sakinləri Ermənistan seçkilərində iştirak etməyən Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur”.

Paşinyan əlavə etmişdi ki, Qarabağ danışıqlarda tamhüquqlu tərəf kimi iştirak etməlidir, çünki belə bir hüququ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində əldə edib, 1998-ci ildə isə bu hüquqdan məhrum olub.

Qarabağın azərbaycanlı icmasının da danışıqlarda iştirakıyla bağlı Azərbaycanın tələbinə gəlincə, Paşinyan Qarabağ ərazisini tərk edən azərbaycanlıların Azərbaycan vətəndaşı olduğunu bildirmişdi. Onun fikrincə, bu səbəbdən Azərbaycan prezidentinin onların adından danışıqlar aparmaq mandatı var.

Lakin Paşinyan-ın bu bəyanatlarına rəsmi Bakının cavabı kifayət qədər sərt olmuşdu. Mediaya açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi:

“Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk. Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər”.

(Azadlıq radiosu)