XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2018 - 16:03

“Bu zonanın lideri olmaq istəyirəm, əsas planım…” –Saakaşvili

Sabiq prezident Mixail Saakaşvili Gürcüstana qayıtdıqdan sonra ölkənin qərb bölgələrində liman kəndi olan Anakliyadakı “Lazika” azad iqtisadi zonasının başçısı olmaq istədiyini açıqlayıb.

O, bu barədə “Rustavi 2” telekanalına müsahibəsində danışıb.

Sabiq prezidentin sözlərinə görə, o, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra keçmiş baş nazir Bidzina İvanişvili kimi hökuməti qeyri-rəsmi idarə etmək niyyətində deyil: “Mən gələcək hakimiyyətdən heç bir vəzifə tələb etmirəm və etməyəcəyəm. Mən hökumətdə olmayacağımı deyirəm, bu, hiylə deyil”.

Saakaşvili qeyd edib ki, əsas planı Gürcüstanı uğurlu dəniz ölkəsinə çevirməkdir: “Buna görə də, “Lazika” azad iqtisadi zonasının başçısı vəzifəsinə müraciət edəcəyəm. Bu zonanın lideri olmaq istəyirəm”.

Teleqraf.com