XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 16:20

Trampdan Azovdakı qarşıdurmaya reaksiya:"Avropa liderləri ilə birgə Rusiya-Ukrayna böhranının həlli üzərində işləyirik"

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya gəmiləri arasında Kerç boğazında baş verən insidentə münasibət bildirib.

O, qeyd edib ki, necə olur-olsun bu vəziyyət onları (Qərb liderlərini-red.) qane etmir.

Domald Tramp, həmçinin, mövcud vəziyyətin tezliklə həllini tapacağına ümid etdiyini bildirib.

ABŞ Prezidenti Avropa liderləri ilə birgə Rusiya-Ukrayna böhranının həlli üzərində işlədiyini vurğulayıb.

Qeyd edək ki, Donald Trampın açıqlamasından bir qədər öncə Ukrayna Ali Radası ölkənin bəzi regionlarında hərbi vəziyyət rejiminin tətbiq edilməsinin lehinə səs verib. Təklifi 276 deputat dəstəkləyib/Teleqraf.com.