XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 16:54

Ukraynanın Xarici İşlər naziri:"Rusiya Mariupoldan Dnestryanınadək olan ərazini tutmaq istəyir"

“Rusiya Mariupoldan Dnestryanınadək olan ərazini tutmaq və Ukraynanı parçalamaq istəyir. Rusiya Federasiyasının belə bir planı var”.

Strateq.az xəbər verir ki, belə bir bəyanatla Ukrayna Xarici İşlər naziri Pavel Klimkin çıxış edib.

Xarici İşlər naziri birbaşa yayımlanan efirdə deyib: “Rusiyanın Mariupolla və bütün sahil zolağı ilə bağlı planlarının olduğunu anlamaq üçün Ceyms Bond, hər hansı bir superkəşfiyyatçı olmağa ehtiyac yoxdur. Rusiyanın hərbi militarist və qeyri-militarist fəaliyyətlərinin məcmusuna əsasən, mən hesab edirəm ki, onun həm Dnestryanınadək bütün Cənubla, həm də Ukraynanın parçalanması ilə bağlı planları var”.

Pavel Klimkinin sözlərinə görə, Putin hesab edir ki, Ukraynanın mövcudluğunun özü “onun sistemi üçün fundamental problemdir” və məhz ona görə də Rusiya 25 noyabr 2018-ci ildə Kerç boğazında baş verənlərlə kifayətlənməyəcək.