XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 09:54

Tramp Putindən Ukrayna ilə bağlı hesabat gözləyir:"O hesabat bizim görüşümüz üçün müəyyənedici olacaq"

ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

“The Washington Post xəbər verir ki, Tramp hadisə ilə bağlı “ətraflı hesabat” gözləyir.

“O hesabat müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı… Bu aqressiya mənim xoşuma gəlmir, bu, mənə qətiyyən lazım deyil”, — deyə qəzet onun sözlərini sitat gətirib.

Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.

Report