XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 17:51

“PKK və PYD-nin rəhbərləri nə qədər təkzib etsələr də…” –Ərdoğandan xəbərdarlıq

Dünən Ankarada törədilən terrora görə saxlanılanların sayı 14 nəfərə çatıb.

Bu barədə ictimaiyyətə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PKK və PYD-nin rəhbərləri nə qədər təkzib etsələr də, kəşfiyyat orqanlarımızın əldə etdiyi faktlar hücumu onların törətdiyini sübut edir. Zəncir qırılmağa başladı. Artıq 14 nəfər saxlanılıb. Bunun davamı gələcək. YPG-nin terror təşkilatı olduğunu anlamayanlara sənədlərlə sübut edəcəyik”, – Ərdoğan bildirib. axar.az

Qeyd edək ki, ötən gün Ankarada hərbçiləri daşıyan avtobusa kamikadze hücumu olub. Nəticədə 28 nəfər şəhid olub, 61 nəfər yaralanıb. Hücumu YPG-nin (PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı) üzvü Salih Necarın törətdiyi müəyyən edilib.