XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2018 - 17:38

Putindən neftlə bağlı açıqlama:"Ən sərfəli qiyməti 60 dollar səviyyəsidir"

 “Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

“Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir”, – deyə Rusiya Prezidenti vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: “OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik”.