Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Cəlal Əbil oğlu Qasımova Azərbaycan Respublikasında Dövlət Təhlükəsizliyi Xidmətinin təhsil sahəsinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.