XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 19:30

Gürcüstanda prezident seçkiləri –Jurnalistə qarşı təhqirə yol verilməsi, seçki məntəqələrində fiziki qarşıdurma...

Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı baş vermiş 11 qanun pozuntusu faktı ilə bağlı araşdırma aparır.

Bu barədə daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qanun pozuntularına yol vermiş şəxslər arasında həm hakim, həm də müxalif partiyanın nümayəndələri var: “Faktlar jurnalistə qarşı fiziki təhqirə yol verilməsi, bəzi seçki məntəqələrində fiziki qarşıdurma, eyni şəxsin təkrar səs verməsi, bir seçki məntəqəsində oğurluq və digər hallarla bağlıdır”.

Nazir müavini qeyd edib ki, Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün aktiv fəaliyyətini davam etdirir: “Mobil polis qruplarının bütün ölkə üzrə yerdəyişməsi həyata keçirilir. Polisin səlahiyyətinə daxil olan bütün faktlara dərhal reaksiya verilir”.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, dairə seçki komissiyalarına 171 şikayət daxil olub/Report.