XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 21:28

Vaşadzedən ilk açıqlama:"Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki..."

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə böyük hörmətlə yanaşdığını bildirib.

Q.Vaşadze ikinci turun yekun nəticələrini gözlədiyini deyib.

O, “exit-poll”un nəticələrinin saat 17:00-a olan məlumatları əks etdirdiyini bildirib: “Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib”.

Q.Vaşadze qeyd edib ki, Gürcüstanda bu vaxta qədər bu cür seçkilər olmayıb: “Hakimiyyət bacardığı qədər hamını – bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini səfərbər etmişdi”.

VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz növbəsində prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirərək, seçkiləri qeyri-legitim adlandırıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib/Report.