XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2018 - 12:37

Trampın şəxsi təyyarəsi digər təyyarə ilə toqquşub- Nyu-York aeroportunda

ABŞ Prezidenti Donald Trampın şəxsi təyyarəsi Nyu-Yorkun “La Guardia” aeroportunda digər təyyarə ilə toqquşub.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, insident səhər saatlarında qeydə alınıb.

İki mühərrikli “Bombardier Global Express” təyyarəsi dayanacaq yerinə gedərkən Donald Trampın seçkiqabağı kampaniya zamanı uçduğu “Boeing 757” təyyarəsinin qanadına toxunub.

Hadisə zamanı “Bombardier Global Express” təyyarəsinin göyərtəsində 3 ekipaj üzvü olub. Xəsarət alanların olmadığı və qəzanın hava limanının fəaliyyətinə təsir etmədiyi bildirilir.

“Trump Organization” şirkəti insidentlə bağlı məlumatı təsdiqləyib.