XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2018 - 15:15

Tramp və Putin G-20 sammitində görüşəcək- Ağ ev təsdiqlədi

Ağ ev Buenos-Ayresdə keçiriləcək G-20 sammiti zamanı ABŞ ilə Rusiya prezidentləri Donald Tramp və Vladimir Puitinin görüşəcəyini təsdiqləyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

O, tərəflər arasında görüşün sammit başa çatanadək keçiriləcəyini diqqətə çatdırıb.

“Bu, dekabrın 1-də olacaq. Əvvəlcə iki prezidentin gözlədiyimiz qısa söhbəti, sonra isə bir saatadək davam edəcək Rusiya – ABŞ danışıqları keçiriləcək”, – Kreml rəsmisi bildirib.