XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2018 - 18:42

Paşinyan separatçıları təhdid etdi:"Qarabağdakı rejim parlament seçkilərinə müdaxilə edir, seçkidən sonra..."

“Dağlıq Qarabağdakı rejim Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə edir”.

Bu sözləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

Paşinyan separatçıların Ermənistanın mövcud hakimiyyətinin əleyhinə addımlar atdığını bildirib: “Qarabağdakı rejim fürsət düşdükcə, hansısa yolla Ermənistandakı seçkilərdə iştirak etdiyini xatırladır. Bunun üçün də, son günlərdə dayanmadan fikirlər səsləndirirlər.

Bu məsələni seçkilərdən sonra Qarabağa gedərək, Bako Saakyanla müzakirə edəcəyəm”.

Teleqraf.com