XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2018 - 22:28

Gürcüstan müxalifəti mitinqə hazırlaşır- Vaşadzedən açıqlama

Gürcüstan müxalifəti bazar günü Tbilisidə mitinq keçirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Gürcüstanda keçirilmiş prezident seçkilərində müxalifət partiyasından namizəd Qriqol Vaşadze deyib.

Q.Vaşadzenin sözlərinə görə, Rustaveli prospektində dinc nümayiş keçirməyi planlaşdırırlar:

“Bununla biz bu hökumətə göstərmək istəyirik ki, əsl gürcü, əsl avropalı olmaq nə deməkdir”.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutub.

Yekun nəticəyə görə, prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qalib olub. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.