XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 12:04

Deputat Məlahət İbrahimqızı:"Ombudsman təyin olunacağım barədə xəbərlər əsassız və yalandır"

“Bəzi saytlarda mənim Ombudsman təyin olunacağım barədə əsassız məlumat yayılıb. Bu xəbərin heç bir əsası yoxdur, tamamilə yalan və cəfəngiyyatdır. Bu cür heç bir mənbəyə söykənmədən informasiya yayan jurnalistləri şiddətlə qınayıram”.

Bu sözləri Strateq.az saytına açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. Millət vəkili qeyd edib ki, mətbuatın belə yalan xəbərlər yaymasından çox təəssüflənir.

Xatırladaq ki, bəzi informasiya resurslarında Ombudsman Elmira Süleymanovanı deputat Məlahət İbrahimqızının əvəz edəcəyi barədə xəbər yayılıb.