XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 19:26

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik –SƏRƏNCAM

Prezident  İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti  ölkə qanunlarının və Prezident aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayaraq icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidirlər. (Azərtac)