XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 03:06

Amerikalı diplomat Naxçıvanda oldu:"Bu gözəl yerə yenidən gələcəyəm"

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Villiyam Gill noyabrın 29-da və 30-da Naxçıvanda səfərdə olub.

Səfirliyin mətbuat üçün açıqlamasında deyilir ki, Villiyam Gill Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Energetika Xidmətinin başçısı Namiq Paşayev, ombudsman Ülkər Bayramova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərovla görüşüb.

Müvəqqəti işlər vəkilinin səfərində məqsəd əlilliyi olan insanların cəmiyyətə inteqrasıyası, energetika və iqtisadiyyat sahələrində tərəfdaşlıq kimi prioritetlərin müzakirəsi olub.

Noyabrın 29-da ABŞ-ın Bakıdaki Səfirliyi ƏSA Teatrının səhnələşdirdiyi “Adamlar və Siçanlar” tamaşasının Naxçıvan Musiqili Teatrında ifasını maliyyələşdirib. Teatr tamaşanı Əlilliyi Olan Insanların Beynəlxalq Günündə nümayiş etdirib.

Noyabrın 30-da Gill əlil insanlar üçün nəzərdə tutulan Naxçıvan Regional Bərpa Mərkəzində olub, mərkəzin göstərdiyi xidmətlərlə tanış olub.

“NUHÇİXAN” İnformasiya Agentliyinin məlumatına görə, amerikalı diplomat səfər təəssüratlarını jurnalistlərlə bölüşərkən, deyib: “Mən bir şeyə təəssüflənirəm ki, niyə indiyə qədər Naxçıvanda olmamışam. Çox gözəl və füsunkar təbiəti var. Mən ümidvaram ki, bu gözəl yerə yenidən gələcəyəm. Məndə olan məlumata görə, yaxın gələcəkdə burada Dağ Xizəkçilik Mərkəzi istifadəyə veriləcək. Bu isə mənim Naxçıvana yenidən səfərim üçün ən gözəl imkan olacaq”.