XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2018 - 10:07

Corc Buş öldü –41-ci prezidentin sözçüsündən açıqlama

ABŞ-ın sabiq prezidenti Corc Buş 94 yaşında vəfat edib. 

Strateq.az xəbər verir ki, C. Buşun ölümü barədə məlumatı ailənin sözçüsü açıqlayıb.

O, xanımı Barbara Buşun vəfatından təxminən səkkiz ay sonra, Cümə günü dünyasını dəyişib.

“Əziz atamızınn ölüm xəbərinə kədərlənirik”, – deyə oğlu, keçmiş prezidenti Corc Buş “Twitter”-də qeyd yazıb.

ABŞ-ın 41-ci prezidenti Səddam Hüseyn əleyhinə “Səhrada fırtına” hərbi əməliyyatı ilə tarixə düşüb.

Soyuq müharibənin ABŞ-ın qələbəsi ilə bitdiyinə dair açıqlama da ata-Buşa məxsusdur.

1992-ci ilin noyabrında o, prezident seçkilərində demokrat Bill Klintona məğlub olub.

Corc Buş beş uşaq və 17 nəvə sahibi idi.

Ailənin sözçüsü dəfnin vaxtını açıqlamayıb.