XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2018 - 23:19

Parisdə etiraz aksiyaları davam edir:100-dək aksiyaçı saxlanılıb

Fransa polisi Zəfər Tağının qarşısında ictimai asayişi pozmağa cəhd göstərən etirazçılara qarşı dəfələrlə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dekabrın 1-də səhər saatlarından başlayaraq benzinin qiymətinin bahalaşmasına etiraz edən “Sarı jiletlilər” Parisin mərkəzində toplaşmağa başlayıblar.

Aksiyanı dağıtmağa çalışan polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Bəzi fəallar özləri ilə qoruyucu maskalar və əleyhqazlar gətirib. İndiyədək 100-dək etirazçının saxlandığı bildirilir.

“Sarı jilet”lər hərəkatı artıq üçüncü şənbə günüdür ki, Paris küçələrində mitinq təşkil edir. Fransanın digər ərazilərində də miqyaslı aksiyalar keçirilir. Paytaxtda iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları nəticəsində şəhərə xeyli zərər dəyib.