“Böyük iyirmilər” ölkələrinin liderləri Buenos-Ayresdə keçirilən sammitdə birgə bəyannaməni razılaşdırıblar.
TASS xəbər verir ki, bu barədə şənbə günü Argentina prezidenti Maurisio Makri “İyirmiliyin” görüşünün bağlanışı mərasimində deyib.
“Biz bəyanatda ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik”, – deyə o, bildirib.
“Biz iqlimin bütün dəyişmələri ilə bağlı narahatlığı təsdiqləmişik”, – deyə Makri əlavə edib.
Argentina lideri onu da qeyd edib ki, ölkələr onların qarşısında “çox ciddi çağırışlar”ın” olduğunu etiraf edirlər.
Report