XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 11:05

Jurnalistin qətli, neft istehsalının həcmi… –Rusiya lideri vəliəhdlə görüşündən danışdı

Rusiya prezidenti Vladimir Putin G20 toplantısının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının vəliəhd Məhəmməd bin Salmanla görüşündən də danışıb.

Strateq.az xəbər verir ki, Putin vəliəhdlə İstanbulda öldürülən jurnalist Camal Xaşuqci ilə bağlı söhbət etdiklərini deyib.

Səudiyyə ilə Rusiyanın neft istehsalı məsələsində anlaşmasını xatırladan Putin deyib ki, bu müqavilənin uzadılması  və hasil olunacaq neftin həcmi müzakirə olunub: “Bəli, bu müqavilənin uzadılması ilə bağlı ilkin anlaşmamız var. Lakin istehsalın həcmi ilə bağlı qərar yoxdur. Biz  istehsal həcmini Səudiyyə ilə birlikdə müəyyən edəcəyik”.




Yuxarı Əvvələ Ana Səhifə